29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Hollivud ulduzları dəbdəbəli ziyafət libaslarında

25 fev 2024 19:00
GÜNDƏM
ads

Dünən Los-Ancelesdə kino və televiziya seriallarının 30-cu SAG mükafatlarının təqdim olunması mərasimi keçirilib.

Publika.az xəbər verir ki, televiziya layihələri Ekran Aktyorları Gildiyası tərəfindən mükafatlandırılıb.

Bir çox kino ulduzlarının qatıldığı mərasim “Shrine Auditorium” konsert zalında baş tutub. Mükafatların təqdim olunması başlamazdan əvvəl ulduzlar kamera qarşısına keçərək fotoqraflara poza veriblər. Onların hər biri gecəyə lüks markaların kolleksiyalarından seçdikləri geyimlərdə təşrif buyurublar.

Belə ki, Emma Stounun libası "Louis Vuitton"dan, Enn Heteuey "Versace" arxivindən, Cennifer Eniston "Celine"dən, Keri Mulliqan "Armani Prive"dən, Emili Blant "Louis Vuitton"dan, Marqo Robbi "Schiaparelli"dən, Killian Mörfi "Saint Laurent"dən, Pedro Paskal "Prada" dan, Bredli Kuper "Louis Vuitton"dan, Meril Strip "Prada"dan, Cessika Çesteyn "Armani"dən, Riz Uizerspun "Elie Saab"dan, Selena Qomez "Versace"dən, Penelope Kruz "Chanel"dən, Heyli Biber isə "Dolce & Gabbana"dan geyinib.

Qaliblərin siyahısı

Ən yaxşı aktyor heyəti

"Amerika fantastikası"
"Barbie"
"Bənövşəyi rəng"
"Çiçəkli Ayın qatilləri"
"Oppenheimer"

Ən yaxşı aktrisa

Annet Beninq ("Diana Nayed")
Lily Qladstoun (Gül Ayın Qatilləri)
Keri Mulliqan ("Maestro")
Marqo Robbi ("Barbie")
Emma Stoun ("Bəxtsizlər")

Ən yaxşı aktyor

Bredli Kuper ("Maestro")
Kolman Dominqo ("Rustin")
Pol Camatti (Qalanlar)
Killian Mörfi (Oppenheimer)
Cefri Rayt ("Amerika fantastikası")


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur