Avropa İttifaqı (Aİ) Aleksey Navalnının həbs şəraitinə və ölümünə görə məsuliyyət daşıyanlara qarşı sanksiyalar tətbiq edəcək.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Aİ-nin 27 ölkəsinin xarici işlər nazirləri Brüsseldə keçirilən iclasda bununla bağlı siyasi qərar qəbul ediblər.
Yaxın günlərdə Aİ Şurası bu qərarı rəsmi olaraq təsdiqləyəcək.
Qərar daha sonra Aİ-nin Rəsmi Jurnalında dərc olunacaq və qüvvəyə minəcək.