Almaniya polisi bu günlərdə uzun müddətdir axtarışda olan şəxsi tapdığını elan edib.
Publika.az xarici mediaya istinadla xəbər verir ki, saxlanılan qadın Daniela Klet 1991-ci ildən axtarışda olub. İfrat solçu RAF qruplaşmasının üzvü olan qadın quldurluq və qəsdən adamöldürmə cinayətlərində ittiham edilir.
Almaniya mediası bildirir ki, qadının yeri “Pimeyes” üztanıma proqramı sayəsində aşkarlanıb. Hər hansı insanın fotosunu bu proqrama yüklədikdən sonra onun İnternetdə yayılan bütün fotolarını üzə çıxarmaq mümkün olur. Qadının olduğu məkanlar bu proqram sayəsində təsbit edilib.