Meyxanaçı Mehman Əhmədlinin doğum günü partisində maraqlı anlar yaşanıb.
Publika.az xəbər verir ki, söz əhlinin toplaşdığı məclisdə meyxanaçı Ağamirzə Məmmədov və Ruslan Müşfiqabadlı "Bakıvaxtı.az"ın kamerasına tuş gəliblər.
Belə ki, məclisə qatılan Ağamirzə hər kəslə tək-tək salamlaşıb. Növbə həmkarı Ruslan Müşfiqabadlıya çatdıqda isə ikinci hərəkəti ilə ustadını təəccübləndirib. Ruslan ona əl uzadan Ağamirzənin əlindən öpməyə cəhd edib. Ağamirzə isə buna imkan verməyib. O, Müşfiqabadlının əlini sıxaraq, qucaqlayıb.
Sözügedən görüntüləri təqdim edirik:
(Milli.az)