“Microsoft” Rusiya təşkilatlarının yarıdan çoxu üçün bulud xidmətlərinin abunəliyini dayandırmaq qərarına gəlib.
Publika.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
İndi Rusiyada qeydiyyatdan keçmiş şirkətlərin yarıdan çoxu “Visio Online”, “Project Online” və “Power BI” kimi məhsulların istifadəsində məhdudiyyətlərlə üzləşib. Bu abunəliklər dayandırılıb və bu, alternativ həll yollarının tapılması zərurətinə səbəb oldu.
Bununla belə, qeyd etmək lazımdır ki, məhdudiyyətlərə məruz qalmayan abunələr fasiləsiz işləməyə davam edir.
Bulud məhsullarının bloklanması əvvəlcə martın 20-nə planlaşdırılsa da, may ayının ortalarında başlayıb. Məhdudiyyətlərin siyahısının daha geniş olacağı gözlənilirdi, lakin “Microsoft” indiyədək yalnız bulud həlləri ilə məhdudlaşıb.
Belə qərara səbəb Avropa İttifaqının Rusiyaya qarşı 2023-cü il dekabrın 19-da tətbiq etdiyi 12-ci sanksiyalar paketi olub. Bu paket Rusiyaya biznes kəşfiyyatı proqramlarının və digər məhsulların tədarükünü qadağan etdi və bu, Amerika korporasiyasının reaksiyasına səbəb oldu.
Tural