Hakkaridə dünən baş verən ardıcıl zəlzələlərdən sonra seysmoloqu Prof. Dr. Naci Görür bölgədəki 2 şəhərə diqqət çəkərək əhəmiyyətli xəbərdarlıqlar edib.
Publika.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (AFAD) internet saytında yer alan məlumata görə, yeraltı təkanların episentri dünən axşam saat 19.37-də Hakkarinin Yüksekova rayonunda 4.4 bal, saat 19.52-də 3,5 bal gücündə olub.
Gecə saat 01.28-də Çimenlidə 3,8 bal gücündə zəlzələ baş verib.
Seysmoloq bildirib ki, Yüksekovada 4,7, sonra 4,6 bal gücündə zəlzələ olub:
“Zəlzələlər ehtimal ki, Bitlis-Zaqros zolağındadır. Ərəb plitəsi şimala doğru hərəkət edərək Şərqi Anadolunu sıxdığı üçün bu bölgədə zəlzələnin baş verməsi mümkündür.
Ona görə də Bitlis-Zaqros dayaq kəmərində hərəkətlər ola bilər. Bu zəlzələlər nəticəsində Hakkaridə müxtəlif yerlərdə də sürüşmələrin olması ehtimalı var”.
Aysel Şahmar