29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

ABŞ vitse-prezidenti postuna 3 POTENSİAL NAMİZƏD

28 iyl 2024 06:00
GÜNDƏM
ads
Advertisement

Kamala Harrisin kampaniyası Arizona senatoru Mark Kelli, Pensilvaniya qubernatoru Coş Şapiro və Minnesota qubernatoru Tim Uolzun adını vitse-prezidentliyə namizədlərin qısa siyahısına salıb.

Publika.az xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadla məlumat yayıb.

“Ümummilli populyarlıq qazanmış üç seçilmiş məmurun daxil olduğu qısa siyahı ortaya çıxdı: Arizona senatoru Mark Kelli, Pensilvaniya qubernatoru Coş Şapiro və Minnesota qubernatoru Tim Uolz”, - nəşr bildirib.

Qeyd olunur ki, Harris ABŞ-ın vitse-prezidenti vəzifəsinə “geniş spektr” adlı digər namizədləri nəzərdən keçirir.

Harris kampaniyasının sözçüsü Kevin Munoz, komandasına potensial vitse-prezidentliyə namizədlərin yoxlanılması prosesinə başlamaq üçün göstəriş verdiyini, lakin axtarışın təfərrüatlarına varmaqdan imtina etdiyini söyləyib.

Əvvəllər Harrisin vitse-prezident seçimini avqustun əvvəlində açıqlayacağı bildirilirdi.

Hüseyn İbadlı


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur