Cənubi Koreya Şimali Koreyanın Rusiyaya göndərdiyini iddia etdiyi qoşunları geri çəkməyə çağırıb.
QÜTB.AZ xəbər verir ki, bu barədə “Yonhap” məlumat yayıb.
Bildirilir ki, Cənubi Koreyanın xarici işlər nazirinin müavini Kim Honq-kyun Rusiyanın Seuldakı səfiri Georgi Zinovyevi nazirliyə çağırıb.
Görüş zamanı Kim Şimali Koreya ilə Rusiya arasında hərbi əməkdaşlığın Cənubi Koreya və beynəlxalq ictimaiyyət üçün ciddi təhlükə yaratdığını və BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozduğunu müdafiə edib.
Hərbi hissələrin dərhal geri çəkilməsinə çağıran Kim bu iki ölkə arasındakı hərbi əməkdaşlığı şiddətlə qınayıb.
Qeyd edək ki, Cənubi Koreya Milli Kəşfiyyat Xidmətinin (NIS) oktyabrın 18-də verdiyi açıqlamada Şimali Koreyanın Rusiyaya dəstək olmaq üçün Ukraynaya yeridilmək məqsədi güdən təxminən 10 min əsgər göndərəcəyi iddia edilib.
Şimali Koreyadan məsələ ilə bağlı heç bir açıqlama verilməyib.
Roza