İsrailin xarici işlər naziri İsrael Katz Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı 1979-2003-cü illərdə İraqa rəhbərlik etmiş və 2006-cı ildə edam edilən Səddam Hüseynin taleyi ilə üzləşə biləcəyi ilə hədələyib.
Publika.az xəbər verir ki, nazir bunu Türkiyənin İsrailə hərbi müdaxilə ehtimalı ilə bağlı Ərdoğanın son açıqlamalarına cavab olaraq bildirib.
"Ərdoğan Səddam Hüseynin yolu ilə gedir və İsraili hücumla hədələyir. Biz ona bunun necə bitəcəyini xatırladırıq", - nazir qeyd edib.
O, sosial media paylaşımına bir tərəfdə günəş eynəyi və şərf taxmış Ərdoğanın Fələstin və Türkiyə bayraqlarının rənglərini, digər tərəfində isə uzun saqqallı və dağınıq saçlı Səddam Hüseynin 2003-ci ildə amerika hərbçiləri tərəfindən tutulmasından qısa müddət sonra çəkilmiş fotosu ilə hazırlanmış kolajı əlavə edib.
ארדואן הולך בדרכו של סדאם חוסיין ומאיים לתקוף את ישראל. רק שיזכור מה קרה שם ואיך זה הסתיים.@RTErdogan pic.twitter.com/6GykLtLoh4
— ישראל כ”ץ Israel Katz (@Israel_katz) July 28, 2024
Xatırladaq ki, iyulun 28-də Ərdoğan Türkiyənin Liviyada olduğu kimi İsraili də girə biləcəyini deyib və əlavə edib ki, ölkə bunun üçün güclü olmalıdırlar.
Hüseyn İbadlı