22.01.25 | Bakı 3.03° C |
10:06:25
Lent :

Səfirliyimizə hücum: İran terrorçu ilə bağlı qərar verdi

22 yan 2025 16:00
GÜNDƏM
ads
Advertisement

İran Ali Məhkəməsi 2023-cü il yanvarın 27-də səfirliyimizə hücum edən Yasin Hüseynzadə ilə bağlı bundan əvvəlki məhkəmənin edam hökmünü təsdiqləyib.

QÜTB.AZ Axar.az-a istinadən xəbər verir ki, bu barədə İran Məhkəmə Sisteminin sözçüsü Əsgər Cahangiri deyib.

Onun sözlərinə görə, məhkəmə Yasin Hüseynzadə ilə bağlı edam qərarını icra şöbəsinə artıq təqdim edib.

İran qanunlarına görə, hökm yalnız zərərçəkənin ailəsinin (Azərbaycanın İrandakı səfirliyinin mühafizə xidmətinin qətlə yetirilən rəisi Orxan Əsgərovun ailəsi nəzərdə tutulur - red.) müraciəti əsasında icra oluna bilər. Zərərçəkənin ailəsi qatili əfv edərsə, hökm icra olunmayacaq.

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
139 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
3.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur