02.01.25 | Bakı 6.03° C |
10:06:25
Lent :

ABŞ tezliklə dağılacaq - Amerikalı biznesmendən PROQNOZ

29 iyn 2024 14:00
GÜNDƏM
ads

Ən böyük fayl hostinq xidməti "Megaupload"un keçmiş sahibi, biznesmen Kim Dotkom bildirib ki, ABŞ-ın hazırkı prezidenti Co Bayden və Respublikaçılar Partiyasının namizədi Donald Tramp arasında keçirilən seçki debatı ABŞ-ın qaçılmaz çöküşünü göstərib.

Publika.az xəbər verir ki, o, "X" sosial şəbəkəsindəki səhifəsində ölkənin dağılacağını proqnozlaşdırıb.

“Dünən debatı izləyənlər təkcə amerikalılar deyildi. Bütün dünya onlara baxırdı. İmperatorluğun sonu yaxınlaşır”, - deyə Dotkom bildirib.

O, həmçinin əmindir ki, bu hadisədən sonra ABŞ hökumətinin reputasiyası tamamilə aşağı düşüb və bundan sonra əvvəlki səviyyəsinə qayıda bilməyəcək. Onun sözlərinə görə, Vaşinqtonun proksi müharibələri, fasiləsiz təbliğatı ölkəni fəlakətə aparacaq.

Qeyd edək ki, elə həmin gün səhər saatlarında amerikalı Konstantin Bloxin Donald Trampın prezident olacağı təqdirdə ABŞ-ın Ukrayna siyasətinin dəyişib-dəyişməyəcəyini qiymətləndirib. O, həmçinin Trampın debatda qalib gəlməsinin təbii olduğunu və Bayden komandasının istifadə etdiyi üsulların kömək etmədiyini qeyd edib.

Adəm Abbaslı


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
6.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur