Vulkanoloqlar Böyük Kuril silsiləsinin Paramuşir adasındakı (Saxalin bölgəsi) Ebeko vulkanında 2 kilometr hündürlüyədək kül püskürməsini qeydə alıblar.
QÜTB.AZ xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Saxalin vilayəti üzrə Baş İdarəsinin mətbuat xidmətindən bildirilib.
Qeyd edək ki, Paramuşirin şimal hissəsində yerləşən vulkan 2016-cı il noyabrın ortalarında aktivləşib. Sonuncu dəfə vulkan avqustun 19-da kül püskürüb.