ABŞ Dövlət Departamenti İran Prezidenti İbrahim Rəisinin ölümü ilə bağlı başsağlığı verib.
Publika.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin sözçüsü Metyu Miller bəyanat yayıb.
"ABŞ İranın şimal-qərbində baş vermiş helikopter qəzası nəticəsində İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir-Abdullahian və nümayəndə heyətinin digər üzvlərinin həlak olması ilə bağlı rəsmi başsağlığı verir. Biz İran xalqına dəstəyimizi bir daha təsdiqləyirik",- deyə bəyanatda deyilir.