"Leypsiq" UEFA Çempionlar Liqasında "Real"a məğlub olaraq turnirdən kənar qaldıqdan sonra 2025-ci ildə keçiriləcək klublararası dünya çempionatının daha bir iştirakçısı məlum olub.
Publika.az xəbər verir ki, mundialda Almaniyadan UEFA reytinqinə görə “Bayern”dən sonra ikinci pillədə qərarlaşan Dortmund “Borussiya”sı iştirak edəcək. "Buğalar" Madrid klubuna uduzmaqla "arılar"ı ötmək şansını itirib.
FİFA bu yaxınlarda Klublararası Dünya Çempionatının formatını yeniləyərək iştirakçı sayını 32-yə qədər genişləndirib. Avropada 12 komandadan ibarət kvota var. 9 avropalı iştirakçı artıq məlumdur: "Bayern", "Borussiya D", "Real", "Çelsi", PSJ, "Mançester Siti", "İnter", "Porto", "Benfika".
Turnir 2025-ci il iyunun 15-dən iyulun 13-dək ABŞ-da keçiriləcək.
Heybət