"Alatoranlıq" filmi ilə məşhurlaşan aktrisa Kristen Stüartın stili yenidən gündəm yaradıb.
Publika.az "Daily Mail"ə istinadən xəbər verir ki, aktrisa ötən həftə "Love Lies Bleeding" adlı yeni filminin qalasına yarıçılpaq vəziyyətdə gəlmişdi. Cəlbedici obrazı ilə bütün diqqətləri üzərinə çəkən məşhurun indi də gündəlik stili müzakirələrə səbəb olub.
Mini yubka və çulki corab geyinən 33 yaşlı aktrisa cəsarətli obrazını tor büstqalter və dəri gödəkçə ilə tamamlayıb.