Serbiya prezidenti Aleksandr Vuçiç bildirib ki , Qərb ölkələri Rusiya ilə birbaşa hərbi toqquşmaya fəal şəkildə hazırlaşır.
Publika.az xəbər verir ki, onun sözlərinə görə, bunu hərbi hazırlıq və onların həyata keçirilmə üsulundan da görmək olar.
Siyasətçi əlavə edib ki, Qərb Rusiya ilə hərbi əməliyyatları başqasının vasitəsilə aparmağa üstünlük verəcək, çünki hazırda onlar birbaşa münaqişəyə hazır deyillər. “Hazır olacaqlar? Məncə, bunu edəcəklər. Onlar artıq Rusiya ilə münaqişəyə hazırlaşırlar və bəzilərinin görmək istədiyindən qat-qat tez hazırlaşırlar”, - Vuçiç bildirib.
Serbiya prezidenti bildirib ki, dünya fəlakətə doğru gedir. Ukraynadakı münaqişədən danışan Vuçiç deyib ki, o, heç bir tərəfə köklənməyib, yalnız barışıq istəyir. Lakin indi dünya fəlakətə doğru gedir və onun fikrincə, onu dayandıra biləcək heç nə yoxdur.
“Bütün bunlar müharibəyə hazırlıqdır. Müharibə dövründə hökumətlərin, o cümlədən Avropa Komissiyasının necə qurulduğuna baxın. Rusiya ilə onlardan heç kim danışmayacaq, çünki Aİ Rusiyanı düşmən kimi görür”, - Vuçiç vurğulayıb.
O əlavə edib ki, Qərb, bəzilərinin təsəvvür etdiyi kimi Rusiyanı məğlub edə bilməyəcək. "Bu, yalnız Rusiya Prezidenti Vladimir Putinə bir şey olarsa mümkündür", - Serbiya lideri deyib.
Tural