29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

"Kişi ananın sözünə qulaq asmalıdır, arvadın isə..."

08 iyl 2024 01:00
GÜNDƏM
ads

"O vaxtlar" verilişinin yeni buraxılışı efirə gedib.

Publika.az xəbər verir ki, verilişin budəfəki sayının qonağı müəllim İmran Qasımov olub. İnsan həyatında gənclik çağının mühüm dövr olduğunu deyən İmran müəllimin sözlərinə görə, hər şeyi vaxtında etmək lazımdır:

"Gənclik gözəllikdir, təzə açan bir çiçəkdir. O çiçəyi vaxtsız dərmək olmaz. Onu yetişdirmək lazımdır. Deyirlər ki, 30 yaşına kimi ailən yoxdursa, bundan sonra çətin ola. Ona görə də hər şeyi 20 yaşlarında - gənclik dövründə düzüb-qoşmaq lazımdır".

İmran Qasımov anası və həyat yoldaşı ilə münasibətindən də danışıb:

"Mən 40 ildən çoxdur ailə həyatı qurmuşam. Yeri gələndə anamın sözünə qulaq asıram, yeri gələndə anam üstümə qışqırır. Anam mənə əsəbiləşəndə özümü uşaq kimi hiss edirəm. Həmçinin yoldaşımın da sözünə qulaq asıram. Anam məni dünyaya gətiribsə, xanımım da övladlarımı dünyaya gətirib. Necə onun sözünə qulaq asmayım? Heç bir ailə ideal deyil. İdeal ailə yoxdur, kim deyirsə, mənim ailəm idealdır, yalan deyir. Hər bir ailədə söz-söhbət olur".


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur