Ötən gün tanınmış müğənni Afət Fərmanqızı doğum gününü qeyd edib.
Publika.az xəbər verir ki, o, özəl günü ilə bağlı təəssüratlarını Moderator.az saytı ilə bölüşüb.
"Mənim üçün üçqat bayramdır. Həm yeni ili qarşılayırıq, həm Dünya azərbaycanlılarının həmrəyliyi gününü qeyd edirik, həm də mənim doğum günümdür.
45 yaşım tamam olur, yaşımı deməkdən utanmıram. Həyat yoldaşım bildi ki, bu gün konsertimdi, təyyarədə-yolda olacam, ona görə məni dünəndən təbrik edib. Mənə qırmızı qızılgüllərdən ibarət gül dəstəsi göndərib. Kartıma da 3 min dollar pul göndərdi ki, özümə yeni mikrofon alım. Dedi ki, mikrafon seçimini özün daha yaxşı edə bilərsən. Mikrofonum var idi, ən son dəbdə olanı hələ almamışdım.
Ali Pormehr- əziz dostum da mənə gözəl bir mahnı hədiyyə etdi. Həm mahnını, həm də aranjimanını.
"Pəncü-şeş" ansamblımla Nijniy Novqorodda dekabrın 26-sı iki günlük qonaq oldum. Orda çox hörmətli İlqar müəllim məni gül dəstəsi və tortla təbrik etdi. Tortun üstündə də qızıl mikrafon vardı. Oğlum bu yaxınlarda 10 günlük yanıma gəlmişdi. Mənə hədiyyə olaraq ətir gətirmişdi. Hədiyyələr gəlməyə davam edəcək.
Mən hər il ad günümdə iş başında oluram. Bu gün də Sankt-Peterburqda solo konsertimdi. Ordan qayıtdıqdan sonra həyat yoldaşımla səyahətə çıxacağıq."