Sumqayıtda yeraltı kabelin partlaması nəticəsində şəhərin bir hissəsi işıqsız qalıb.
Milli.Az report-a istinadən xəbər verir ki, hadisə şəhərin 13-cü mikrorayonunda, Babək küçəsində qeydə alınıb.
Əraziyə FHN-nin və Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları cəlb olunub.
Partlayışın səbəbləri araşdırılır.
Milli.Az