29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

49 yaşlı məşhurun 3 mərhələli cavanlıq sirri

11 yan 2024 16:00
GÜNDƏM
ads
Advertisement

Məşhur modelyer Viktoriya Bekhem gəncliyini qorumaq üçün öz kosmetika markasına aid olan işıqlandırıcı çubuqlar və kontur qələmlərindən istifadə edir.

Publika.az xəbər verir ki, zaman-zaman baxım sirlərini izləyiciləri ilə bölüşən 49 yaşlı ulduz dərisinə tətbiq etdiyi işıq çubuqlarının təsirindən söz açıb. O, prosesiiİnstaqramda izləyiciləri ilə paylaşıb və göstərib ki, bu, asanlıqla həyata keçirilə bilər.

Viki 2020-ci ildə Augustinus Bader ilə birlikdə hüceyrə yeniləyici serum və hüceyrə yeniləyici nəmləndirici kremi bazara çıxardı. Bu əməkdaşlıqdan ərsəyə gələn məhsulları gündə iki dəfə tətbiq etməklə yanaşı, Viktoriyanın rutininə kollagen istehsalını artırmaq və iltihabı azaltmaq üçün gündəlik LED lampadan istifadə də daxildir. İnstaqram hekayələrindən görünür ki, o, antibakterial xüsusiyyətləri, dəri rənginə və toxumasına təsiri ilə tanınan mavi işıq altında vaxt keçirir.

Ən müasir cihazlardan istifadə etməkdən zövq almasına baxmayaraq, Viktoriya Bekhem həm də ənənəvi dəri baxımına böyük əhəmiyyət verir. Hətta çox məşhur dermatoloq Melanie Qrant onun üçün xüsusi üz maskası hazırlayıb. Bir çox baxım markaları və ulduzlarla çalışan Qrant iddia edir ki, xanım Bekhem dəri üçün həmişə ən yaxşı məhsulları tapır.

Modelyer üzünün mümkün qədər təsirli olmasını təmin etmək üçün Qrant və onun etibarlı dermaplanerindən (mütəxəssislərin dərini diqqətlə aşındırmaq üçün istifadə edilən kosmetik neştər cihazı) istifadə edir. Qrant izah edir ki, alət dəri üzərində yumşaq sürüşərkən tükləri və ölü hüceyrələri dəridən təmizləmək üçün istifadə olunur. Evdə də dermaplaninq edə bilərsiniz, lakin biz sizə Viktoriya kimi peşəkar köməyinə arxalanmağı tövsiyə edirik. Mütəxəssislər cərrahi bıçaqdan istifadə edə bilərlər ki, bu da dərinin daha dərindən soyulmasını və dərinin zədələnməsi riskini azaldır. İndi yalnız Viktoriyanın rejiminə riayət etmək və dərinizin onunki kimi parlamasını gözləmək qalır.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur