Məşhur müğənni Şakiranın eks-sevgilisi, İspaniya millisinin və "Barselona" klubunun sabiq futbolçusu Jerard Pike xoşagəlməz hadisə ilə üzləşib.
Milli.Az axşam.az-a istinadən bildirir ki, keçmiş idmançı Meksikada keçirilən "Krallar Liqası" media futbol turnirinin açılışında iştirak edib.
Təqdimat başa çatdıqdan sonra Pike imza vermək üçün azarkeşlərin yanına gedib. Telefonda səsli mesaja qulaq asdığı üçün diqqəti yayınan idmançı səhnə və tamaşaçılar arasındakı iki metrlik dəliyə yıxılıb.
Xəsarət almayan futbolçu sürətlə oradan çıxarılıb.
Milli.Az