“Liverpul”un hücumçusu Məhəmməd Salah zədəsini sağaldıb.
Publika.az xəbər verir ki, misirli futbolçu artıq kollektivlə birgə məşqlərdə iştirak edir. Həkimlər onun meydana çıxmasında hansısa maneə görmürlər. “Qırımzılar”ın lideri Premyer Liqanın 25-ci turunun fevralın 17-də “Brentford”la keçiriləcək oyununda komandasına kömək edə biləcək.
Qeyd edək ki, Məhəmməd Salah Afrika Millətlər Kubokunun qrup mərhələsində Qana ilə görüşdə zədələnərək sıradan çıxıb.