28.12.24 | Bakı 9.03° C |
10:06:25
Lent :

40 min manat mənimsəyən şəxs saxlanıldı

17 fev 2024 08:00
GÜNDƏM
ads
Advertisement

Özünü hüquq mühafizə orqanlarından birinin əməkdaşı kimi təqdim edərək dələduzluq yolu ilə Lənkəran sakininin 40 min manatdan artıq pulunu mənimsəyən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Publika.az-a verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində etibardan sui istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vuraraq dələduzluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini Tural Əliyev saxlanılıb.

Belə ki, həmin şəxs Lənkəran rayon sakini olan bir nəfərə özünü hüquq mühafizə oqranlarından birinin əməkdaşı kimi təqdim edərək övladını həbsdən azad etdirmək və digər məsələlər barədə yalan vədlər verərək dələduzluq yolu ilə ümumilikdə 40 min manatdan artıq pulunu mənimsəyib.

Bundan başqa T.Əliyevin digər bir nəfər Lənkəran sakinini iş yerini dəyişməyə kömək edəcəyi adı ilə aldadaraq 5 min manata yaxın pulunu mənimsədiyi müəyyən edilib. Həmin şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Faktla bağlı araşdırma aparılır.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur