28.12.24 | Bakı 9.03° C |
10:06:25
Lent :

Aİ-nin bununla bağlı siyasi iradəsi yoxdur - Hakan Fidan

20 mar 2024 20:00
GÜNDƏM
ads
Advertisement

“Türkiyənin Aİ-yə üzv olmaq barədə strateji baxışı qüvvədə qalır, lakin ittifaqın dialoq aparmaq üçün görünən siyasi iradəsi yoxdur”.

Publika.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan ispaniyalı həmkarı Xose Manuel Albareslə birgə Ankarada keçirdiyi mətbuat konfransında deyib.

“Türkiyə öz gələcəyini Avropada görməkdə davam edir. Ankaranın Aİ-yə daxil olmaq ilə bağlı yanaşması dəyişməyib.

Avropa İttifaqının ayrı-ayrı ölkələri ilə əlaqələri inkişaf etdirmək bizim üçün daha asan ola bilər, amma Aİ ilə münasibətlərin inkişafı konsensus qərarlarının qəbulu ilə bağlıdır.

Prosesinin aparılması üçün əsas Aİ ölkələrinin siyasi iradəsi lazımdır. Bu isə, 2004 və 2005-ci illərdə olub, lakin sonra eroziyaya məruz qalıb, yerini Türkiyəyə qarşı fərqli siyasi mövqeyə verib” - Fidan bildirib.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur