2024-cü ilin payızında növbəti prezident seçkilərinin keçiriləcəyi ABŞ-da Rusiya prezidenti Vladimir Putinə qarşıdakı ildə ən böyük hədiyyə - Donald Trampın prezident seçilməsi təqdim edə bilər.
Publika.az xəbər verir ki, bu barədə İtaliyanın “Le Figaro” nəşri yazıb.
“Putin artıq 2024-cü ildə onu çatacaq bonusu səbirsizliklə gözləyir: ABŞ-da prezident seçkiləri”, - materialda deyilir.
Həmçinin qeyd edilir ki, Tramp “Rusiya prezidentinə gümüş nimçədə NATO-nun dağılmasını təklif edə bilər”.
Əvvəllər Barak Obamanın keçmiş müşaviri və CNN-in köşə yazarı David Axelrod demişdi ki, Donald Trampı seçki bülletenindən çıxarmaq qərarı “ölkəni parçalayacaq”, çünki bu cür hərəkətlərin hüquqi keyfiyyəti ilə bağlı suallar yaranır.
Tural