Polis mayoru vəfat etdi
"Monitorinqlər şagirdlərin inkişafına müsbət təsir göstərir"-Ülkər Hatəmova
18 may 2024cü il tarixdə Elm və Təhsil Nazirliyi tərəfindən IV sinifdə təhsil alan şagirdlərin tədris dili və riyaziyyat fənni üzrə monitorinqi keçirilib.
"Monitorinqin məqsədi ibtidai təhsil səviyyəsini başa vuran şagirdlərin bilik və bacarıqlarını ölçmək, növbəti təhsil pilləsində isə şagirdlərin əldə etdiyi bacarıqlarla müqayisəli şəkildə təhlilini apararaq şagird nailiyyətlərinin artırılmasına xidmət etməkdir".
Bu sözləri təhsil üzrə ekspert Ülkər Hatəmova bildirib.
Ekspert qeyd edir:
"Eyni zamanda respublika üzrə bütün IV siniflərin statistik təhlili aparılır. Təhsil sektorları, təhsil sektorunun tabeliyində olan məktəblər, hətta məktəbdaxili paralel siniflər üzrə nəticələr təhlil olunaraq statistik baxış keçirilir. Bu da özlüyündə inkişafyönümlü mühit yaradaraq şagirdlərin inkişafına müsbət təsir göstərir.
"Monitorinqin nəticələri şagirdin nə summativ qiymətlərinə, nə də sinifdən -sinfə keçirilməsinə təsir göstərir.
Qeyd edək ki, bir müddət əvvəl Elm və Təhsil Nazirliyi tərəfindən monitorinqin hansı meyarlar əsasında keçiriləcəyi barədə çərçivə sənədi paylaşılıb. Bu müəllimlər üçün bir istiqamətverici vasitə idi. Monitorinq üçün hazırlanmış istər azərbaycan dili fənni üzrə mətn sualları, istərsə də riyaziyyat fənninin yoxlanmasını təmin edən suallar çərçivə sənədinə tam uyğun hazırlanmışdı.
Bu ildən artıq VI siniflərin də monitorinqi təşkil olunur. VI siniflər üçün təşkil olunmuş monitorinq 19 may 2024-cü il tarixində baş tutub. 18-19 may tarixlərində ümumilikdə 300 min nəfərə yaxın şagirdin iştirakı nəzərdə tutulub".