02.01.25 | Bakı 6.03° C |
10:06:25
Lent :

Yüksəkvəzifəli azərbaycanlı məmurların

28 noy 2023 16:00
HADİSƏ
ads
Advertisement

Türkiyədə azərbaycanlı diplomatları aldadıblar.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Belə ki, Türkiyənin maliyyə proqramlarının sahibi olan Gökalp İçer beynəlxalq sərgidə tanış olduğu azərbaycanlı Murad Şirinovla işə başlayıb.

Şirinov azərbaycanlı diplomatlar ilə Azərbaycandakı bank meneceri vasitəsilə əlaqə saxlayıb.

İddialara görə, o, özünü dövlət məmuru kimi təqdim edib və etibar qazanıb.

Murad Şirinov Azərbaycanda yüksək səviyyəli vəzifə tutan 3 diplomatla əlaqə saxlayıb.

O, kafedə diplomatlarla görüşüb, pulu şəxsən alıb, lakin qarşılığında qəbz verməyib.

Əsl müdirlə görüşmək istəyən diplomatları Gökalp İçerin kabinetinə apararaq onunla tanış edib.

Zərərçəkənlərin iddialarına görə, onların telefonlarına proqram quraşdırılıb. Onlara deyilib ki, pullarını bu platforma vasitəsilə izləyə bilərlər. Lakin həmin platformaya nəzarət bütünlüklə Şirinovda olub.

İlk bir neçə ayda zərərçəkənlərə cüzi məbləğ ödənilib. Bu yolla onların daha çox sərmayə qoymasına və yaxınlarını bu sistemə daxil etməsinə şərait yaradılıb. Zərərçəkənlər onlardan böyük miqdarda pul alındıqdan sonra artıq qazanc əldə etmədiklərini müşahidə ediblər. "İş" qurduqları adamlar da onların telefonuna cavab verməyib. Bir müddət sonra proqramdakı hesablar da sıfırlanıb. Onların 350 min dolları mənimsənilib.

Azərbaycan diplomatlarının şikayəti əsasında İstanbul Baş Prokurorluğunun başlatdığı istintaq başa çatıb.

İddianamədə Şirinova verilən pulla heç bir sərmayə qoyulmadığı aydın olub.

Onların telefonlarına quraşdırılan tətbiqin sərmayə qoyulmuş kimi saxta məlumatları əks etdirdiyi bildirilib.

Sözügedən şirkət və tətbiqin iş icazəsi və ya lisenziyasının olmadığı da müəyyən edilib.

Gökalp İçer və Murad Şirinov barəsində iddia qaldırılıb.

Şübhəlilərin dələduzluq və digər cinayətlərə görə 5 ildən 7 il yarımadək azadlıqdan məhrum etmə ilə cəzalandırılması istənilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
6.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur