30.12.24 | Bakı 6.03° C |
10:06:25
Lent :

DİN bahalı nömrələri oğurlayanlarla bağlı araşdırma aparır

14 mar 2024 11:00
GÜNDƏM
ads

Bakıda bəzi avtomobillərin üzərində olan bahalı nömrələrin oğurlanması və qarşılığında pul tələb edilməsi ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.

Publika.az xəbər verir ki, 99 EB 100 dövlət qeydiyyat nişanlı, “Volkswagen Passat” markalı avtomobilin sürücüsü maşınının nömrəsini oğurlayan şəxs və ya şəxslərin ondan pul tələb etdiyini bildirib. O iddia edib ki, avtomobilin arxa qeydiyyat nişanı gecə saatlarında oğurlanıb. Səhər saatlarında isə maşının üzərinə Rusiya mobil operatorlarından birinə məxsus mobil nömrə yazılan kağız qoyulub.

Sürücü bildirib ki, qeyd edilən nömrə ilə əlaqə saxlayıb. Ona bildirilib ki, nömrənin yerini öyrənmək üçün tətbiqlərdən birindəki hesaba 600 manat göndərməlidir. Kiçik araşdırmadan sonra məlum oldu ki, bu kimi hadisələr ilk dəfə deyil ki, baş verir. Daha əvvəl də avtomobil nömrələrinin oğurlanması və ya qəsdən məhv edilməsi kimi hallar baş verib.

Mütəxəssislər bildirir ki, qanunvericiliyə görə, itən nömrəni bərpa etmək mümkün deyil. Sürücü yalnız nömrə lövhəsi yararsız hala düşdüyü təqdirdə onu DYP şöbəsinə təqdim etməklə yenisinə ala bilər. Bu da avtomobil sahiblərini çıxılmaz vəziyyətə salır.

Məsələ ilə bağlı DİN-in Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev sorğumuza cavab olaraq bildirdi ki, sosial şəbəkələrdə yayılmış görüntülər araşdırılır: “Məsələ ilə bağlı məlumatlıyıq, hazırda müvafiq araşdırmalar aparılır”.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
6.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur