29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Krım bu halda Ukraynanın tərkibində qala bilərdi

06 dek 2024 07:00
GÜNDƏM
ads

"2014-cü ildə hakimiyyət dəyişikliyi olmasaydı, Krım Ukraynanın tərkibində qalacaqdı".

QÜTB.AZ xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov amerikalı jurnalist Taker Karlsona müsahibəsində deyib.

“2014-cü ilin fevral ayında dövlət çevrilişi olmasaydı və o vaxtkı prezident Viktor Yanukoviç ilə müxalifət arasında bir gün əvvəl əldə edilmiş razılaşma həyata keçirilsəydi, Ukrayna hələ də vahid və Krım da onun tərkibində olardı”, - Lavrov bildirib.

Nazirin sözlərinə görə, Rusiya tərəfi Donbassda 2014-cü ildə başlayan münaqişənin sona çatmasında səmimi maraqlıdır, lakin bunun üçün Ukraynanın yeni qurulmuş hökuməti tərəfindən “sabotaj edilmiş” Minsk razılaşmasının yerinə yetirilməsi lazım idi.

Lavrov əlavə edib ki, bu hökumət hakimiyyət dəyişikliyini qəbul etməyən insanlarla birbaşa dialoqa girməli və iqtisadi əlaqələrin inkişafına kömək etməli idi, lakin bunların heç biri edilmədi.

Dekabrın 5-də Ukrayna Prezidenti Volodimir Zelenski Budapeşt Memorandumunun Rusiya-Ukrayna münaqişəsinin on ili ərzində işləmədiyini bildirib.

Hüseyn İbadlı

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur