21.12.24 | Bakı 9.03° C |
10:06:25
Lent :

General-leytenant və general-mayor ehtiyata buraxıldı

04 iyl 2024 11:00
ELM VƏ TƏHSİL
ads
Advertisement

Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyasının rəisi general leytenant Zakir Ağayev ilə Rabitə, İnformasiya Texnologiyaları və Kibertəhlükəsizlik Baş İdarəsinin rəisi general-mayor Məmməd Eminov vəzifələrindən azad edilib.

Publika.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə müvafiq sərəncam imzalanıb.

Belə ki, general Ağayev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. “Azərbaycan bayrağı” ordeni ilə təltif edilmiş Zakir Ağayevə 2022-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə general-leytenant rütbəsi verilmişdi.

Məlumatı Müdafiə Nazirliyindən saytımıza təsdiq ediblər.

Bildirilib ki, Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyasının rəisi general-leytenant Zakir Ağayev ilə Rabitə, İnformasiya Texnologiyaları və Kibertəhlükəsizlik Baş İdarəsinin rəisi general-mayor Məmməd Eminov öz arzuları ilə ehtiyata buraxılıblar.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
133 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur