Pavel Durovun Fransada saxlanmasından sonra “Telegram”ın populyarlığı bir neçə ölkədə, o cümlədən Fransa və ABŞ-da artıb.
QÜTB.AZ xəbər verir ki, bu barədə “TechCrunch” portalı məlumat yayıb.
Portalın qeyd etdiyi kimi, Fransada messencer “iOS App Store”da yükləmələrin sayına görə sosial şəbəkələr kateqoriyasında birinci yerə yüksəlib və ümumilikdə proqramların reytinqində üçüncü olub. “Telegram” Amerika “App Store”da ikinci ən çox yüklənən sosial şəbəkə proqramı olub və dünyada iOS-da messencerin endirilmə sayı 4% artıb.
Durov avqustun 24-də Parisin Le Burje hava limanında saxlanılıb. Ertəsi gün onun həbs müddəti 96 saata qədər uzadılıb.
Tural