"Mançester Yunayted" 80 illiyini qeyd edən sadiq azarkeşinə sürpriz edib.
Publika.az xəbər verir ki, uşaq yaşlarından bu klubun azarkeşi olan və komandanın bütün ev oyunlarını izləyən Pit Börd bu mövsüm tribunada yer ala bilməyib. Buna səbəb həkimlərin ona neyron xəstəliyi diaqnozu qoymasıdır.
Pit ilk dəfə doğum gününü doğma "Old Trafford"da deyil, hospisdə qeyd edib. Ancaq sevimli komandası 80 illik yubileyində onu tək buraxmayıb. Stiv MakKlaren, Markus Reşford, Harri Maquayr, Bruno Fernandes və əfsanəvi məşqçi Ser Alex Ferqyuson Piti video formatda təbrik edib və ona 80 illik dəstəyinə görə təşəkkür ediblər.
Qocaman azarkeş duyğulu anlar yaşayıb. O, buna cavab olaraq "Yunayted"ə təşəkkür edib və xəstəlik səbəbindən mövsüm biletini təslim etmək məcburiyyətində qaldığı üçün üzr istəyib. Ancaq azarkeş bildirib ki, komandasını dəstəkləməyə davam edir.
Heybət