“Ötən il 50 726 nərəflik əlillik təyinatından I qrup əlillik təyinatı 12 082 nəfərə şamil edilib ki, bu da bütün təyinatların içərisində 24 % təşkil edib”.
Publika.az xəbər verir ki, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramov deyib.
Ümumi göstəricidən 25 500 nəfərə təkrar əlillik təyinatı aparılıb. 25 200 nəfərə isə ilkin təyinat olub.
İlkin təyinatlarda isə 27 % artım olub. 55 % təyinat isə müddətsiz olub".
Aysel Şahmar