Rusiya gəmisi Finlandiyanın ərazi sularını pozub.
Publika.az xəbər verir ki, bu barədə Finlandiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, bu gün günorta saatlarında Finlandiya körfəzinin şərqində Finlandiyanın dəniz ərazisi sərhədləri Rusiya gəmisi tərəfindən pozulub.
Xatırladaq ki, iyunun 10-da Rusiyanın dörd təyyarəsi Loviisa və Porvoo sahilləri yaxınlığında Finlandiyanın hava məkanını pozub.