01.01.25 | Bakı 3.03° C |
10:06:25
Lent :

Paşinyandan sərhədimizdə sensasion etiraf: "Heç vaxt indiki qədər..."

03 sen 2024 02:00
GÜNDƏM
ads
Advertisement

Kirantsda Azərbaycan sərhədindən bir neçə metr aralıda yerləşən məktəbi ziyarət etməyim heç vaxt olmadığı qədər təhlükəsizdir.

QÜTB.AZ Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Məsuliyyətlə bəyan etmək istəyirəm ki, müstəqil Ermənistanın tarixində Kirantsda məktəbi ziyarət etmək indiki qədər təhlükəsiz olmayıb, Kirantsda yaşamaq heç vaxt indiki qədər təhlükəsiz olmayıb”, - Paşinyan bildirib.

O, əlavə edib ki, Kirantsda məktəbə getməyin təhlükəsiz olması ilə bağlı bəyanat azərbaycanlılar olan Xeyrimli kəndində də məktəbə getməyin təhlükəsiz olması deməkdir.

Bundan əlavə, baş nazir Kirantsdakı delimitasiya prosesini dövlət üçün böyük uğur adlandırıb.

"Dövlətinizin harada başladığını və harada bitdiyini bilməyəndə sual yaranır ki, sizin dövlətiniz var, ya yox. Biz Kirantsda müstəqil, suveren, güclü və sülhsevər Ermənistan dövlətinin təməl daşını qoyduq”, - Paşinyan bildirib.

Qeyd edək ki, sözügedən məktəb Azərbaycan sərhədindən 40-50 metr aralıda yerləşir.

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
3.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur