01.01.25 | Bakı 3.03° C |
10:06:25
Lent :

ABŞ qətliama yaşıl işıq yandırdı, dünya üsyana qalxdı

22 fev 2024 12:00
GÜNDƏM
ads

BMT-də səsə qoyulan Qəzzada atəşkəs haqqında qanun layihəsinə ABŞ yenidən veto qoyub. Bu qərar etirazlara səbəb olub.

Publika.az xəbər verir ki, qətnamə layihəsini BMT Təhlükəsizlik Şurasının 15 üzvündən 13-ü dəstəkləsə də, yalnız Böyük Britaniya bitərəf qalıb.

Çin: ABŞ-ı sərt şəkildə tənqid edib. Pekin administrasiyası bu addımın yanlış mesaj verdiyini və qırğının davam etdirilməsi üçün yaşıl işıq yandırdığını bildirib.

Səudiyyə Ərəbistanı: ABŞ-ın veto qərarından sonra BMT TŞ-də islahatlara çağırılıb.

Əlcəzair: "Təəssüf ki, Təhlükəsizlik Şurası növbəti dəfə uğursuzluğa düçar oldu", - BMT diplomatı Amar Bendjama deyib.

Fələstin: BMT-nin Daimi Nümayəndəsi Riyad Mənsur müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlər və soyqırım törədənlərin cəzalarını çəkməsi üçün səylərindən əl çəkməyəcəklərini ifadə edib: "Tarix BMT Təhlükəsizlik Şurasını çox sərt mühakimə edəcək".

Rusiya: “Fəaliyyətsizlik 29 min insanın həyatına son qoydu”.

HƏMAS: “Veto soyqırımın birbaşa ortağı olduğunu göstərdi və qətliamın davam etdirilməsi üçün yaşıl işıq yandırdı”.

Kuba: “ABŞ atəşkəsə veto qoymaqla İsrailin törətdiyi cinayətlərə şərik oldu”.

"Amnesty International": “Vaşinqtonun mülki insanları qorumaq şansı var idi, lakin tam əks yol seçdi”.

ABŞ daimi atəşkəs haqqında danışmaq üçün hələ uyğun vaxt olmadığını, bunun əvəzinə 6 həftəyə qədər davam edə biləcək müvəqqəti atəşkəsin girovları xilas etmək və humanitar yardımı artırmaq üçün kifayət etdiyini müdafiə edib.

Roza Şəfiyeva


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
3.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur