Rusiya Ukraynadakı müharibəyə cəlb edilmiş bütün Hindistan vətəndaşlarını ordudan geri çağıracaq.
Publika.az xəbər verir ki, bu barədə Hindistanın baş naziri Narendra Modi Rusiya prezidenti Vladimir Putindən tələb edib.
Rusiyada iki günlük səfərdə olan Modi Putinlə şam yeməyində bu məsələni qaldırıb. Rusiya lideri Modinin xahişini yerinə yetirəcəyini və Hindistan vətəndaşlarının vətənlərinə qayıtmasını asanlaşdıracağını vəd edib.
“Sizin öz ideyalarınız var, siz çox enerjili insansınız. Siz Hindistanın və Hindistan xalqının maraqlarına uyğun nəticələr əldə etməyi bilirsiniz”, - Putin Modi ilə Novo-Oqarevo iqamətgahında qeyri-rəsmi görüşü zamanı belə deyib.
Cəmilə