28.12.24 | Bakı 9.03° C |
10:06:25
Lent :

Situasiya dəyişdi: Kiyevdə Rusiya üçün faydalı danışıqlar gedir

12 okt 2024 14:00
GÜNDƏM
ads
Advertisement

Ukrayna gələcəkdə ərazilərin qaytarılması ilə bağlı barışmaz mövqeyindən əl çəkə bilər, çünki münaqişənin həllinə dair gələcək razılaşma Rusiya da daxil olmaqla, “faydalı olmalıdır”.

QÜTB.AZ xəbər verir ki, bu barədə Almaniyanın "Spiegel" nəşri yüksək vəzifəli Kiyev məmuruna istinadən yazıb.

“Biz inanırdıq ki, qələbə Rusiyanın qeyd-şərtsiz təslim olması olmalıdır. Lakin güzəştlər olmadan bu mümkün olmayacaq. Müqavilə Rusiya üçün də faydalı olmalıdır”, - deyə o vurğulayıb.

Ukraynanın yüksək rütbəli dairələrində adının çəkilməsini istəməyən mənbənin sözlərinə görə, Qərbin Kiyevə dəstəyi bundan sonra azalacaq.

Xatırladaq ki, bundan əvvəl biznesmen və ən böyük fayl hostinq xidməti "Megaupload"un keçmiş sahibi Kim Dotkom Ukraynanın Rusiya ilə münaqişədə artıq uduzduğunu bildirmişdi.

“The Financial Times” yazıb ki, Ukraynada və onun Qərb müttəfiqlərində hərbi münaqişəyə son qoymaq üçün Rusiya ilə danışıqlarla bağlı əhval-ruhiyyə dəyişir. Kiyev NATO-ya üzv olmaq və digər təhlükəsizlik təminatları müqabilində itirilmiş ərazilərin Moskvaya təhvil verilməsinin mümkünlüyü ilə bağlı qapalı müzakirələr aparır.

Adəm Abbaslı

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur