“Mançester Siti” Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda “Kopenhagen”i məğlub etməklə (3:1) rekorda imza atıb.
Publika.az xəbər verir ki, “şəhərlilər” turnirdə keçirdikləri son doqquz matçda qalib gəliblər. Bu, İngiltərə komandasının turnir tarixindəki ən uzun seriyasıdır.
Qeyd edək ki, komandalar arasında cavab oyunu martın 6-da Mançesterdə baş tutacaq.
Heybət