"Əl-Nəsr" hücumçu Kriştiano Ronaldo ilə müqaviləsini 2026-cı ilə qədər uzatmaq üçün danışıqlara başlayıb.
Publika.az xəbər verir ki, bu barədə jurnalist Ben Yakobs məlumat yayıb.
Mənbənin sözlərinə görə, 39 yaşlı portuqaliyalı yeni müqavilə bağlamağa tələsmir. Lakin Avropaya qayıtmaq və ya başqa kluba keçmək niyyətində də deyil.
Ronaldonun maaşında da artım olacağı gözlənilir. "Əl-Nəsr" onun 2026-cı il dünya çempionatının startına qədər komandada qalmasını istəyir. Ronaldonun iştirakı 2025-ci ildə televiziya müqaviləsinin yenidən müzakirəsi kontekstində də vacibdir.
Qeyd edək ki, Ronaldonun “Əl-Nəsr”lə hazırkı müqaviləsinin müddəti 2025-ci ilin yayına qədərdir.
Ötən mövsüm o, bütün turnirlərdə 45 matçda iştirak edib, burada 44 qol vurub və 13 məhsuldar ötürmə edib.
Heybət