Almaniya Kansleri Fridrix Merts və ABŞ Prezidenti Donald Trump Ukrayna ilə bağlı sülh planını telefon danışığında müzakirə ediblər.
Qutb.az “Spiegel” nəşrinə istinadla xəbər verir ki, federal hökumətin sözçüsü Stefan Kornelius telefon söhbətinin konstruktiv şəraitdə keçdiyini bildirib. Söhbət zamanı tərəflər məsləhətçilər səviyyəsində növbəti addımların razılaşdırıldığını bildiriblər.
Almaniya Kansleri telefon söhbətindən sonra avropalı tərəfdaşlarını məlumatlandırıb.
Qeyd edək ki, ABŞ-ın hazırladığı 28 maddəlik sənəd Rusiyanın maraqlarına yönələn bir sıra güzəştləri nəzərdə tutur. Bunlara Kiyev tərəfindən əlavə ərazi güzəştləri, Ukrayna Silahlı Qüvvələrinin şəxsi heyətinin sayının və ölkənin NATO-ya üzvlüyünə qəbul edilməməsi daxildir.
Ukrayna Prezidenti Volodimir Zelenski yaranmış vəziyyəti tarixin ən çətin anlarından biri adlandırıb. O, bildirib ki, Ukrayna çox ağır seçimlə üz-üzədir və bu seçimdə ya öz ləyaqətini, ya da önəmli tərəfdaşını itirmək riski mövcuddur.
Almaniya Kansleri Fridrix Merts, Fransa Prezidenti Emmanuel Makron və Böyük Britaniyanın Baş naziri Kir Starmer də ABŞ-ın sülh təşəbbüsünü Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığında müzakirə ediblər. Telefon söhbətində Vaşinqtonun münaqişənin dayandırılması istiqamətindəki səyləri yüksək qiymətləndirilsə də, danışıqlarda razılaşmanın yalnız Avropa tərəfdaşlarının birgə iştirakı ilə mümkün olacağı vurğulanıb.