“Meta”nın yaradıcısı Mark Zukerberq seçkilər öncəsi ABŞ-ın keçmiş prezidenti Donald Trampın və ya hazırkı Amerika lideri Co Baydenin namizədliyini dəstəkləməkdən imtina edib.
Publika.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Zukerberqin sözlərinə görə, insanlar “Meta”da daha az siyasi məzmun görmək istəyirlər. O əlavə edib ki, şirkət artıq istifadəçilərinə daha az siyasi məzmun tövsiyə edir.
“Düşünürəm ki, siz bizim xidmətlərimizin bu seçkidə keçmişdə olduğundan daha kiçik rol oynadığını görəcəksiniz”, - Zukerberq əlavə edib.
ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək.
Akqabay