Əfqanıstanın Bədəxşan əyalətində qəzaya uğrayan Rusiya təyyarəsindən 1 milyon 200 min ABŞ dolları oğurlanıb.
Publika.az xəbər verir ki, bu barədə “Hasht e Subh” qəzeti əyalətdəki yerli mənbələrə istinadən məlumat yayıb.
“Bu qədər pulun oğurlanmasından sonra Bədəxşan əyalətinin qubernatoru Məhəmməd Əyyub Xalid faktların müəyyən edilməsi və araşdırılması üçün komissiya yaradıb”, - nəşr yazır.
Məlum olub ki, bu komissiyaya Bədəxşan vilayətində “Taliban” kəşfiyyat idarəsinin rəhbəri sədrlik edəcək.
Mənbələr bildiriblər ki, hadisə yerinə ilk gələn şəxs “Taliban”ın qərargah rəisi Qari Fasihuddin Fitratla qohumdur. Hələlik nə “Taliban”, nə də Rusiya bu məlumatı şərh etməyib.
Bundan əvvəl Federal Hava Nəqliyyatı Agentliyi Rusiyanın Kabildəki səfirliyinə istinadən qəza yerində dörd nəfərin sağ tapıldığını bildirmişdi. Yanvarın 20-də axşam radarlardan itən “Falcon” 10-un göyərtəsində 6 vətəndaş olub: dörd ekipaj üzvü və iki sərnişin.
Tural