İsrailin Baş naziri Benyamin Netanyahunun müşaviri Dmitri Gendelman Fələstini dövlət kimi tanıdığına görə Ermənistanı təhdid edib.
Publika.az xəbər verir ki, Gendelman özünün “Telegram” hesabında bunları yazıb:
“Fələstinin müstəqilliyini tanıması Ermənistanın terrorçulara, HAMAS qatillərinə və buradakı digər qruplaşmalara mükafatıdır”.
O, bu addımın uzunmüddətli perspektivdə İsrail-Ermənistan münasibətlərinə ciddi təsir göstərəcəyini vurğulayıb.
Xatırladaq ki, bu gün Ermənistan Fələstinin müstəqilliyini rəsmən tanıyıb.