Azərbaycanın Rusiyadakı keçmiş səfiri, Xalq artisti Polad Bülbüloğluna Özbəkistanda fəxri ad verilib.
QÜTB.AZ xəbər verir ki, bu haqda Xalq artisti Gülyanaq Məmmədova "Instagram" hesabında paylaşım edib:
"Bu gün Özbəkistanda Polad Bülbüloğlunun "Özbəkistanın Xalq artisti" adı alması münasibətilə təqdimat keçirilib. Təqdimatda Özbəkistanın və Azərbaycanın mədəniyyət nazirləri və səfirləri iştirak edib".
Xatırladaq ki, səfir P.Bülbüloğlu Moskvada uzunmüddətli diplomatik fəaliyyətini başa vurub.