Yeni qrupların komplektləşdirilməsi, həmçinin 2024-2025-ci tədris ili üzrə məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına hazırlıq məqsədilə mayın 24-dən etibarən qəbul sistemi (bq.edu.az) üzrə növbələrin yaradılmasında fasilə yaranacaq, sistemə giriş müvəqqəti olaraq məhdudlaşacaq.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Publika.az-a bildirilib ki, qəbul sistemi vasitəsilə növbəti tədris ili üçün məktəbəqədər təhsil müəssisələrinə qəbul prosesinin 2024-cü ilin iyul ayından etibarən başlaması planlaşdırılır.
Qeyd edilib ki, bununla bağlı geniş məlumat yaxın vaxtlarda ictimaiyyətə təqdim ediləcək.