SOCAR-ın “Azəriqaz” İB yanında İctimai Şuranın yeni seçilmiş üzvləri ilə Birliyin baş direktoru Ruslan Əliyev arasında görüş keçirilib.
Publika.az xəbər verir ki, görüşdə abonent məmnunluğunu qazanmaq, nümunəvi xidmət göstərmək üçün problemlərin həlli istiqamətində İctimai Şuranın obyektiv mövqeyinin olduqca vacibliyi vurğulqnıb. Şəffaflığın təmin olunmasına xidmət edəcək Şuraya hər cür dəstək veriləcəyi də müzakirə olunan məsələlərdən olub. Daha sonra “Azəriqaz” İB yanında İctimai Şuranın yeni seçilmiş üzvlərinə fəaliyyətlərini təsdiqləyən vəsiqə təqdim edilib, xatirə şəkli çəkilib.