Britaniyanın özəl sahibkarı və xeyriyyəçi Ceremi Koller heyvanlarla ikitərəfli əlaqə qura bilən alimləri mükafatlandırmaq üçün maraqlı bir təşəbbüs irəli sürüb. Çox güman ki, bunu süni intellektin köməyi ilə etmək mümkün olacaq.
Publika.az xəbər verir ki, bu haqda “The Guardian”məlumat yayıb.
Süni intellekt layihəsinin təşkilatçıları tədqiqatı dəstəkləmək üçün illik 100.000 dollar mükafat və tapşırığı yerinə yetirən komandaya sərmayə üçün 10 milyon dollarlıq böyük mükafat və ya yarım milyon dollar nağd pul vəd edir.
Fondun saytında verilən məlumata görə, mükafatın iştirakçılarını qiymətləndirəcək elmi komitə tədqiqatçılardan Türinq testi üslubunda heyvanlarla uğurla ünsiyyət qurmalarını təklif edir.
Mükafatın təsisçiləri hesab edirlər ki, süni intellektin heyvanlarla ünsiyyətin öyrənilməsində ən son nailiyyətləri layihə iştirakçılarının tədqiqatlarının bir hissəsinə çevriləcək.
Təşəbbüsün təşkilatçılarının fikrincə, süni intellektdən istifadə ideyası prioritetdir, çünki elm adamları bu yaxınlarda yarasaların və gəmiricilərin xırıltılarını tərcümə etmək üçün alqoritmlər hazırlayıblar.
"Həqiqətən ümid edirəm ki, bizim nəsillərimiz planetdəki bütün canlılara mərhəmətlə yanaşmağı öyrənəcəklər”, - deyə mükafatın konsepsiyasının hazırlanmasına kömək edən ingilis musiqiçisi Piter Qabriel tədqiqatın nəticələri haqqında bildirib.
Cəmilə