Ceyran Rəhimova: "Verilişimə gələn müğənnilərin geyiminə qarışırdım"
Bu ilin sentyabr ayının sonuna Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivləri 2025-ci ilin əvvəlinə (60,031 milyard ABŞ dolları) nisbətən 16,9% artaraq 70,2 milyard ABŞ dolları təşkil edib.
Qutb.az xəbər verir ki, bu barədə Dövlət Neft Fondu məlumat yayıb.
Cari ilin yanvar-sentyabr aylarında Fondun gəlirləri 13,073 milyard manat, xərcləri isə 10,918 milyard manat təşkil edib.
Bu dövr ərzində Fondun neft-qaz sazişləri üzrə gəlirləri 7,838 milyard manat, investisiya gəliri 5,236 milyard manat olub.
Hesabat dövrü ərzində ARDNF-nin 2025-ci il büdcəsinin icrası çərçivəsində 10,861 milyard manat vəsait dövlət büdcəsinə transfert edilib.