Şahzadə Endryu ilə Çin casusu olduğu iddia edilən şəxsin yaxın iş əlaqələri ortaya çıxıb.
QÜTB.AZ xəbər verir ki, məhkəmə qərarı ilə anonimliyi ləğv edilən şəxsin çinli iş adamı Yanq Tenqbo olduğu bildirilib. O, Şahzadə Endryu ilə müxtəlif rəsmi tədbirlərdə, o cümlədən Bukinqem sarayı və Vindzor Qəsrində görüşlər keçirib. Böyük Britaniya Daxili İşlər Nazirliyi milli təhlükəsizlik səbəbləri ilə Yanq Tenqbonun ölkəyə girişini qadağan edib.
Şahzadə Endryunun Ofisi isə narahatlıqlar yarandıqdan sonra çinli iş adamı bütün əlaqələrin kəsildiyini bildirib. Bundan əlavə Yanq Tenqbo Böyük Britaniyanın sabiq baş nazirləri Devid Kemeron və Teresa Mey ilə də görüşlər keçirib. Şahzadə Endryu Kraliça II Elizabet və Edinburq hersoqu Şahzadə Filipin üçüncü övladı, həmçinin Kral III Çarlzın kiçik qardaşıdır.